Şriftin ölçüsü :

Saytın rəngi :

Kolayır kəndində səyyar görüş və yeni tikilən məktəb binasına baxış keçirildi

07 iyun 2017 | 11:00

Ağstafa rayonunun yaşayış məntəqələrində sakinlərin səyyar qəbul-görüşləri davam etdirilir. Bu gün rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev Kolayır kəndində növbəti səyyar qəbulunu keçirdi, Kolayır kənd ibtidai məktəbi üçün tikilən yeni binada yaradılan şəraitlə yaxından tanış oldu və müvafiq tapşırıqlarını verdi. Tədbirdə rayonun hüquq-mühafizə orqanlarının, müvafiq idarə, müəssisə və təşkilatlarının rəhbərləri, eləcə də kənd sakinləri iştirak edirdilər. Tədbiri giriş sözü ilə açan İcra başçısı ölkəmizdə mövcud sabitlik, əminamanlıq, sürətli sosial-iqtisadi inkişafdan geniş söz açdı. Həmçinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırıqları ilə Ağstafada görülən geniş abadlıq, quruculuq, əsaslı yenidənqurma işlərindən, həyata keçirilən irimiqyaslı sosial infrastruktur layihələr barədə sakinlərə ətraflı məlumat verdi. Bildirildi ki, rayonun inkişafı istiqamətində qeyd olunan bütün işlər məs ağstafalıların sosial rifahlarının yüksəldilməsi, onların rahat qayğısız yaşamaları üçün atılmış addımlardır. Qəbulda iştirak edən sakinlər kəndi rayon mərkəzi ilə əlaqələndirən yolun əsaslı yenidən qurulmasına, təbii qaz xətlərinin yenidən çəkilərək sakinlərin istifadəsinə verilməsinə, onların kommunal şəraitlərinin daim diqqət mərkəzində saxlanılmasına görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə etdilər. Həmçinin İcra başçısı səyyar görüşdə sakinlər tərəfindən qaldırılan məsələlərin həll olunması istiqamətində aidiyyatı üzrə konkret tapşırıqlarını verdi.

Keçidlər