Şriftin ölçüsü :

Saytın rəngi :

Bu il Ağstafada bol taxıl məhsulu gözlənilir

08 iyun 2017 | 11:00

Ölkə iqtisadiyyatında xüsusi çəkisi olan kənd təsərrüfatının əsas strateji hədəfi Azərbaycan Respublikası əhalisinin ərzaq təhlükəsizliyinin təmin edilməsinə xidmət etməkdir. Dövlətimiz ölkədə aqrar sahənin inkişaf etdirilməsini və bu əsasda əhalimizi gündəlik qida rasionumuza daxil olan çörəklə etibarlı təmin edilməsini daim diqqət mərkəzində saxlayır. Yaradılan aqrar islahatlar sistemi kənd təsərrüfatında yeni münasibətlərin formalaşmasına və nəticədə məhsul istehsalının artmasına səbəb olmuşdur. Dövlətin birbaşa yardımları və dəstəyi ilə taxılçılıq inkişaf etməyə və kənd təsərrüfatı məhsul istehsalçılarının bu sahəyə marağı artmağa başladı. Bu il Ağstafa rayonunda 12082 hektar ərazidə taxıl becərilir.
Ağstafa rayon İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyev rayonun digər məsul şəxləri ilə birgə  kəndlərdə  taxıl zəmilərində olmuş, taxıl becərən sakinlərlə söhbət aparmış, onları narahat edən məsələlərlə maraqlanmışdır.  Ağstafa rayonunda  ötən illə müqayisədə bu il 2 min hektardan artıq əraziyə taxıl səpilmişdir.  Ağstafada yeni iqtisadi inkişaf strategiyasının həyata keçirilməsi, ənənəvi təsərrüfat sahələrinin dirçəldilməsi rayonun  ixrac potensialını artırır və çoxsaylı yeni iş yerləri yaradır. Taxılçılıqla bağlı əkin sahələri ötən illə müqayisədə bir  neçə dəfə artırılmışdır. 500 hektarında şəkər çuğunduru əkilmişdir. Baramaçılıq sahəsində də ötən illə müqayisədə irəlləyiş var. Yazlıq əkinlərə ümumilikdə rayon  üzrə çoxlu işçi qüvvəsi cəlb olunmuşdur.

Keçidlər