Şriftin ölçüsü :

Saytın rəngi :

Vurğun qəsəbəsində növbəti səyyar qəbul-görüş

28 fevral 2013 | 11:00

Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev rayonumuzun Vurğun qəsəbəsində növbəti səyyar qəbul-görüşünü keçirdi.
Görüşdə İcra başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, bir sıra idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Vurğun qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Elşən Əsgərov Vurğun qəsəbəsi barədə iclas iştirakçılarına geniş məlumat verdi. Kənddə görülmüş işlər, elektrik enerjisi, təbii qaz, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.
Sonra çıxışlar oldu.
1. Albina İbrahimova Vurğun qəsəbəsinə məişət tullantılarının daşınması üçün avtomobilin verilməsini xahiş etdi.
2. Gülnaz Qasımova Dövlət Aktının alınması barədə danışdı.
3. Əydər Axundov şərab zavodunun çirkab sularının sakinlərin təsərrüfatına vurduğu ziyan haqqında məlumat verdi.
4. Aygün İsmayılova münasib işlə təmin edilməsini xahiş etdi.
5. Cimmi Nəzərova qəsəbənin yeni məhəlləsində M.Kərimov küçəsinə təbii qaz xəttinin çəkilməsinə ehtiyac olduğunu qeyd etdi.
6. Rauf Lələyev Qarabağ müharibəsi əlillərinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə yaşayış binasının inşa edilməsini təklif etdi.
7. Məhəmməd Əliyev yeni məhəllədə M.Müşfiq küçəsində yararsız elektrik dayaqlarının yenisi ilə əvəz olunmasına ehtiyac olduğunu bildirdi.
8. Xatirə Əliyeva Üzüm sahələrinin suvarılmasında yaranan problem haqqında danışdı.
9. Elşən Əsgərov ona məxsus torpaq sahəsinin kadastr planının alınmasında köməklik edilməsini xahiş etdi.
10. Ağabəy Həsənov qəsəbənin içməli su təminatının yaxşılaşdırılması haqqında danışdı.
11. Ələddin Məmmədov 16 ailəli çoxmənzilli yaşayış binasında təmir və bərpa-gücləndirmə işlərinin aparılmasını xahiş etdi.
12. Səyalı Quliyeva dəmir yolunun alt hissəsindən keçən suvarma keçidinin təmizlənməsinin vacib olduğunu qeyd etdi.
13. İlqar Əliyev işlə təmin olunmasını xahiş etdi.
14. Xuraman Sadıqova qəsəbə mədəniyyət evinin əsaslı təmir edilməsini təklif etdi.
15. Tahir Şıxıyev nümayəndəlik üçün yeni inzibati idarə binasının inşa edilməsini təklif etdi.
16. Mayıl Rəhimov qəsəbədəki elektron ATS-in fəaliyyətinin zəif olması barədə danışdı.
Səyyar qəbul-görüşü yekunlaşdıran Ağstafa RİH-nin başçısı cənab Məhərrəm Quliyev  əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş ictimai-siyasi sabitliyin hazırda möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, paytaxt Bakı ilə yanaşı, regionların da sürətlə inkişaf etməsindən söz açdı. İcra başçısı daha sonra Ağstafa rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi istiqamətində həyata keçirilən proqramlardan danışdı, kəndlərin infrastrukturunun yaxşılaşdırılması üçün görülən tədbirlərdən söz açdı. Qeyd olundu ki, Ağstafa şəhərinin içməli su təchizatı başa çatdırıldıqdan sonra qəsəbənin içməli su təminatı həll ediləcəkdir. Qarabağ müharibəsi əlillərinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə bu il Ağstafa şəhərində 36 mənzilli yaşayış binasının inşa edilməsi nəzərdə tutulur.
Məhərrəm Quliyev sonda sakinlər tərəfindən irəli sürülən təkliflərin icrası üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verdi.

Keçidlər