Şriftin ölçüsü :

Saytın rəngi :

2016/2017-ci dərs ili başa çatdı

14 iyun 2017 | 11:00

     Bu gün ölkəmizdə 2016/2017-ci dərs ili başa çatır və bu münasibətlə bütün ümumtəhsil müəssisələrində "Son zəng"  tədbirləri keçirilir. Ağstafa rayon İcra hakimiyyətinin başçısı rayonun düşmənlə təmas xəttində yerləşən  Tatlı kəndinin tam orta məktəbində keçirilən tədbirdə iştirak etdi. Tədbiri giriş sözü ilə açan İcra başçısı bu münasibətlə müəllimləri, şagirdləri və valideynləri səmimi qəlbdən təbrik etdi. Ölkəmizdə təhsilə göstərilən yüksək dövlət qayğısınıdan  geniş söz açdı. Bildirildi ki, ölkəmizdə bu gün təshil sahəsində əldə olunan uğurlar ümummilli lider Heydər Əliyevin müstəqil dövlətimizin möhkəmləndirilməsi və inkişafı üçün işləyib hazırladığı əsaslardan, bu siyasətin uğurla davam etdirilməsindən qaynaqlanır.  Təhsilin keyfiyyətinin ən inkişaf etmiş ölkələrin səviyyəsinə yüksəlməsi ilə bağlı uğurlarımızla, təhsil sahəsində beynəlxalq proqram və layihələrdə iştirakımızla haqlı olaraq fəxr edirik. Bütün bunlar, şübhəsiz ki, ulu öndərimizin siyasi kursunun uğurla davam etdirilməsi, ümummilli lider Heydər Əliyevin və onun ən layiqli davamçısı Prezident İlham Əliyevin təhsilə, təhsil işçilərinə diqqət və qayğısı, müstəqillik illərində səmərəli fəaliyyət üçün yaradılmış əlverişli şərait və imkanlar sayəsində mümkün olmuşdur.
Tədbirdə çıxış edən digər natiqlər də Ağstafa rayonunun təhsilinə göstərilən yüksək qayğı üçün ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə etdilər.

 

Keçidlər