Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafanın düşmənlə sərhəd kəndi olan Tatlıda növbəti görüş

14 iyun 2017 | 11:00

Bu gün Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev növbəti dəfə Tatlı kəndində sakinlərlə görüşdü, kənd ağsaqqalları ilə çay süfrəsi ətrafında səmimi söhbət apardı.  Söhbət  əsnasında  ölkə rəhbərliyi tərəfindən düşmənlə sərhəd bölgədə yaşayan sakinlərə göstərilən  yüksək diqqət və qayğıdan geniş bəhs olundu. İcra başçısı bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  konkret tapşırıqlarına uyğun olaraq cəbhə bölgəsində yerləşən yaşayış məntəqələrinin sosial həyatının yüksəldilməsi daim diqqətdə saxlanılır. Kommunal şəraitləri günü-gündən yaxşılaşdırılır, yeni qaz xətləri çəkilərək mavi yanacaq verilir, fasiləsiz elektrik enerjisi ilə təminat daim diqqət mərkəzində saxlanılır, yüksək telekommunikasiya  və rabitə xidmətləri göstərilir. İcra olunan sosial infrastruktur layihələr çərçivəsində yeni tam orta məktəb binaları, körpələr evi-uşaq bağçaları, müasir tibb məntəqələri inşa olunaraq sakinlərin istifadəsinə verilir. Kənd təsərrüfatı sahəsinə də xüsusi diqqət yetirilir. Belə ki, sakinlərə müvafiq dövlət subsidiyaları paylanılır, əkin sahələrinin vaxtında suvarılması üçün lazımi şərait yaradılır.  Ən əsası isə ölkə rəhbərliyinin göstərişinə əsasən ucqar kəndlərdə yaşayan sakinləri narahat edən məsələlərin operativ qaydada həll olunması üçün  yerlərdə rayon rəhbərliyinin sakinlərlə  bu cür səyyar görüşləri təşkil olunur. Təbii ki, bu da sizin əlavə vaxt  itirməməyiniz  və əziyyət çəkərək rayon mərkəzinə getməməyiniz üçün  hesablanmış bir addımdır.
Öz növbəsində  kənd ağsaqqalları qeyd etdilər ki, Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə ordumuz  elə bir qüdrətli vəziyyətə gətirilmişdir ki, gücümüzün  sayəsində sakinlərin  düşmənlə həmsərhəddə yaşamaları hiss olunmur. Onlar həmişəki kimi kəndlərində qorxmadan gəzir, evlərində rahat yatır, qayğısız  gündəlik həyat  tərzlərini davam etdirirlər.

 

Keçidlər