Dolu yağışından zərər çəkən sakinlərlə görüş keçirildi
10 iyun 2017-ci il tarixdə Ağstafa rayon ərazisinə dolu yağışı düşmüşdür. Nəticədə Göycəli və Tatlı kəndlərində fərdi və ictimai tikililərə, əkin sahələrinə və meyvə bağlarına ziyan dəymişdir. Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev həmin kəndlərin sakinləri ilə yerində görüşmüş, bu barədə sakinlərlə ətraflı söhbət aparmışdır. İcra başçısı qeyd etmişdir ki, sakinlərə dəymiş ziyanın müəyyənləşdirilməsi məqsədi ilə aidiyyəti qurumlara rəsmi müraciət olunmuşdur. Məsələ ilə əlaqədar yaxın zamanda müvafiq komissiya dolu yağışı düşmüş kəndlərdə olacaq və zəruri tədbirlər həyata keçiriləcəkdir. Kənd ağsaqqalları qeyd etdilər ki, bu cür təbiət hadisələri istənilən bölgədə baş verə bilər. Ölkə rəhbərliyi hər zaman sakinlərimizə dövlət dəstəyini, diqqət və qayğısını əsirgəməyibdir. Odur ki, bu kəndlərin sakinləri də heç bir narahtçılıq keçirmirlər. Görüşdə həmçinin sakinlərin istək və təklifləri qəbul olundu. Onları narahat edən məsələlər qeyd olunaraq nəzarətə götürüldü.