Şriftin ölçüsü :

Saytın rəngi :

15 İyun Milli Qurtuluş Günü Ağstafada izdihamla qeyd olundu

15 iyun 2017 | 11:00

15 iyun Milli Qurtuluş Günü münasibəti ilə Ağstafa şəhəri Heydər Əliyev adına mədəniyyət və istirahət parkında böyük bayram tədbiri keçirildi.
Öncə tədbir iştirakçıları xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gül çiçək dəstələri düzərək  əziz xatirəsini böyük ehtiramla yad etdilər.
Bayram tədbirini giriş sözü ilə Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev açaraq qeyd etdi ki, hər bir xalqın milli oyanış, yaddaşa qayıdış, əbədi istiqlaliyyət tarixində unudulmaz anları olur. Ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan 1993-cü il 15 iyun Azərbaycan xalqının mücadilə tarixinə böyük Qayıdış və Qurtuluş nidası ilə həkk olundu. 1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkədə daxili vəziyəti gərginləşdi, hakimiyyət böhranı yarandı.  1993-cü ilin yayında Azərbaycan vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə dayandı. Heydər Əliyev xalqın təkidli dəvətini qəbul etdi, iyunun 9-da Bakıya gəldi. Qısa zaman kəsiyində Azərbaycanda vətəndaş müharibəsinin qarşısını ala bildi. Vətənini, xalqını sevən həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixidir.
Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə milli-mənəvi dəyərlərimiz bərpa edilmiş, onun qətiyyəti, apardığı uğurlu daxili və xarici siyasəti sayəsində ölkəmiz məhv olmaq təhlükəsindən xilas edilmiş, sivil demokratik inkişaf yolu ilə inamla irəliləyərək böyük nailiyyətlər qazanmışdır. Məhz Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir ki, indi Azərbaycanın iqtisadi qüdrəti durmadan artır, ölkəmizdə ictimai-siyasi sabitlik, eyni zamanda, beynəlxalq aləmdəki mövqeləri möhkəmlənir, xalqımızın sosial vəziyyəti günbəgün yaxşılaşır.
Bayram tədbiri rayonun incəsənət və mədniyyət nümayəndələrinin təqdimatında geniş konsert proqramı ilə davam etdirildi.

Keçidlər