Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa Gənclər Evində gənclərər üçün "Layihələrin yazılması və idarə olunması" mövzusunda təlimlərə start verilib.

26 may 2022 | 10:28

Treninqlərdə təlimçi Murad Babakişizadə ağstafalı gənclərə  uğurlu layihə təklifləri hazırlamaq, layihə yazılışı prosesində nədən başlamaq lazım olduğunu, məqsəd və vəzifələrin istiqamətləri, hədəf qrupunun müəyyən edilməsi, fəaliyyət planı və büdcənin tərtib olunması kimi vacib bilgiləri gənclərə aşılayacaq.

Nəzərə çatdırılıb ki, təlimlərin təşkili 13 may 2022-ci il tarixində Ağstafa RİH başçısı Seymur Orucovun rayon Mədəniyyət Mərkəzində gənclərlə "Açıq mikrofon" layihəsi çərçivəsində keçirilən görüşdə aparılan fikir mübadiləsindən irəli gəlib.

 

Keçidlər