Şriftin ölçüsü :

Saytın rəngi :

“Ağstafa Gəncləri” futbol klubu AFFA Region Liqasının Şimal-Qərb zonası üzrə 1-ci turda Yevlax təmsilçisi ilə oyunda bir xal qazanıb

11 dekabr 2023 | 12:02

2023/2024-cü illər mövsümü üçün Azərbaycan Futbol Federasiyaları Assosiasiyası tərəfindən keçirilən AFFA Region Liqasının Şimal-Qərb zonası üzrə Ağstafa rayonunu təmsil edən “Ağstafa Gəncləri” futbol klubu, 1-ci turda doğma divarlar arasında, Ağstafa şəhər Mərkəzi stadionunda Yevlax rayonunun “Qarxun” komandasını qəbul edib.

Yeniyetmə və gənclər arasında futbolun təbliği və inkişafı baxımından önəmli idman tədbirində Ağstafa RİH başçısı Seymur Orucov, məsul şəxslər, “Ağstafa Gəncləri”ndə çıxış etmiş iki şəhidimizin atası, Fərman Əhmədov və Raqif Məmmədov, eləcə də ictimayiət nümayəndələri iştirak ediblər.

 Əvvəlcə “Ağstafa Gəncləri” futbol komandasının şərəfini qorumuş 44 günlük Vətən müharibəsi şəhidləri, Mahmud Əhmədov və Turan Məmmədlinin, həmçinin bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Meydanın mərkəzindən topa ilk toxunuşu da hər iki şəhidimizin atası edib.

Olduqca gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən 90 dəqiqəlik futbol qarşılaşmasında hər qapıya iki qol vurulub və komandalar ilk turda aktivlərinə bir xal əlavə etməyi bacarıblar.

“Ağstafa Gəncləri” futbol komandasının baş məşqçisi Şahin Kərimov, böyük futbolun Ağstafaya qayıtmasına və onlara göstərilən diqqət və qayğıya, həmçinin yaradılan münbit şəraitə görə bütün futbolçular adından ölkə rəhbərliyinə dərin minnətdarlığını bildirib. O, həmçinin bildirib: “Qarşımıza çempion olmaq kimi bir hədəf qoymamışıq, bizə nəticənin önəmi yoxdur, məqsədimiz Ağstafada futbolu inkişaf etdirib böyütməkdir”. Baş məşqçi futbolçularının əzmkar, döyüşkən, prinsipial oyununa görə xüsusi təşəkkür edib, evdə keçirəcəkləri hər oyunda ağstafalı azarkeşlərin tribunadan canlı izləməyin onlar üçün böyük əhəmiyyət daşıdığını ifadə edib.

 

Keçidlər