Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada “Himayədar ailə qayğı modeli” mövzusunda ictimai dinləmə keçirilib

29 aprel 2026 | 12:23

Tədbir Ağstafa rayon Mədəniyyət Mərkəzində Ağstafa Rayon İcra Hakimiyyətinin dəstəyi və Sosial Xidmətlər Agentıiyinin Qazax-Tovuz regional filialının təşkilatçılığı keçirilib.

İctimai dinləmədə məsul şəxslər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə Ağstafa RİH başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Şahhüseyn Qurbanov, Sosial Xidmətlər Agentliyinin Qazax-Tovuz regional filialının müdiri Elvin Vəliyev və filialın mütəxəssisləri çıxış ediblər. Sosial Xidmətlər Agentliyinin fəaliyyət istiqamətləri, həssas əhali qruplarından olan şəxslərə göstərilən sosial xidmətlər, bu sahədə operativliyin, əlçatanlığın və şəffaflığın təmin olunması istiqamətində görülən işlər barədə məlumat verilib. Bildirilib ki, valideyn himayəsindən məhrum edilmiş uşaqların ailə qayğısı ilə əhatə olunması, reinteqrasiyası, həmçinin övladlığa və himayədar ailələrə verilməsi istiqamətində Agentlik mütəmadi və məqsədyönlü işlər aparır. Agentliyin əməkdaşları “Himayədar ailə” qayğı modeli, onun üstünlükləri, müraciət formaları və digər vacib məqamlar barədə iştirakçıları məlumatlandırıblar. Eləcə də “Himayədar ailə” institutunun hüquqi əsasları və himayədar valideyn olmaq istəyən şəxslərin qiymətləndirmə prosesi barədə təqdimatlar edilib.

Sonda mövzu ətrafında müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb

 

Keçidlər