Ağstafa İH başçısı yerlərdə vətəndaşların səyyar qəbullarını davam etdirir
Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov rayonun yaşayış məntəqələrində vətəndaşların səyyar qəbullarını davam etdirir. Müvafiq qrafikə uyğun olaraq Soyuqbulaq qəsəbə tam orta məktəbin binasında təşkil olunan növbəti səyyar qəbulda rayonun hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, aidiyyəti üzrə təşkilatların nümayəndələri və qəsəbə sakinləri iştirak ediblər.
RİH başçısı çıxış edərək bildirib ki, xalqımızın xilaskarı Ümummili Lider Heydər Əliyevin müdrik siyasətini qətiyyətlə davam etdirən Prezident İlham Əliyev ölkəmizin beynəlxalq nüfuzunu günbəgün yüksəldir, eyni zamanda, iqtisadi, hərbi qüdrətinin artması və digər sahələrdəki dinamik inkişafı sayəsində Azərbaycan dünya dövlətləri sırasında ən öndə gedən yerlərdə qərarlaşıb.
Səyyar qəbulda vətəndaşların qaldırdıqları məsələlər ətrafında müzakirələr aparılaraq həlli tədbirləri müəyyən edilib. Məsələlərin operativ şəkildə həlli istiqamətində aidiyyəti üzrə məsul şəxslərə konkret göstərişlər verilib.






