Ağstafa rayon Heydər Əliyev Mərkəzində 28 aprel – Ümumdünya Əməyin Mühafizəsi Günü qeyd olunub
Mərkəzin böyük konfrans salonunda keçirilən tədbir Ağstafa Rayon İcra Hakimiyyəti, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı ETİHİ Ağstafa Rayon Komitəsi və Qazax-Tovuz Regional Təhsil İdarəsinin Ağstafa rayon sektoru ilə birgə təşkil olunub.
Tədbirdə RİH başçıcı aparatının məsul əməkdaşı Vüqar Həsənov, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı ETİHİ Ağstafa Rayon Komitəsinin sədri Elvira Əfəndiyeva, Ağstafa Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ləman Cəlilova, Ağstafa Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəis müavini Turxan Əlizadə, “1 İnci Psixoloji və Nitq Mərkəzi”nin direktoru Musa Nəsibov əməyin mühafizəsinin əhəmiyyəti, iş yerlərində təhlükəsizlik qaydalarına riayət olunmasının vacibliyinə dair geniş məruzələrlə çıxış ediblər. Qeyd olunub ki, Beynəlxalq Əmək Təşkilatı (BƏT) tərəfindən 2003-cü ildən etibarən 28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü kimi elan edilib və bütün dünyada olduğu kimi, Azərbaycanda da hər il qeyd olunur. Ümummilli Lider Heydər Əliyev hakimiyyətə gəldiyi ilk gündən hər bir sahənin işçiləri üçün sağlam və normal əmək şəraitinin yaradılmasını, əməyin mühafizəsinin və texniki təhlükəsizlik qaydalarının təmin edilməsini, istehsalatda baş verən qəza hallarının, əmək xəsarətlərinin və peşə xəstəliklərinin qarşısının alınmasını dövlət siyasətinin əsas iqtiqamətlərindən biri kimi müəyyənləşdirmişdir. Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə hər bir vətəndaşın layiqli yaşayış və iş yeri ilə təmin olunması uğurlu sosial-iqtisadi inkişaf strategiyasının əsas prioritetlərindən biridir.
Tədbirdə mövzuya həsr olunmuş videoçarx nümayiş etdirilib.






