Ağstafa rayon Heydər Əliyev Mərkəzində ağstafalı rəssam-heykəltəraş Ehtiram Xəlilovun fərdi sərgisi təşkil olunub
Sərgidə Ağstafa RİH başçısı Seymur Orucov, müavinləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, məsul şəxslər, mədəniyyət və incəsənət xadimləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Mərkəzin qarşısında Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dətsələri düzüb, dahi rəhbərin əziz xatirəsini ehtiramla yad ediblər.
RİH başçısı Ehtiram Xəliovu Ağstafa Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı və hədiyyəsi ilə təltif edib. Eyni zamanda Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin rəisi Nürəddin Mehdiyev rəssam-heykəltəraşa regional heykəltəraşlıq və rəssamlıq sənəti sahəsində səmərəli fəaliyyətinə görə fəxri fərman təqdim edib.
Ehtiram Xəlilov öz növbəsində qeyd edib ki, milli və ümumbəşəri mədəniyyəti çox dərindən bilən Ulu Öndər Heydər Əliyev mədəniyyətimizin inkişafı üçün hər zaman əzmkarlıq, fədakarlıq və yüksək təşkilatçılıq nümunəsi göstərərək bu sahəyə dövlətçilik mənafeyi baxımından yanaşırdı. Hazırda Ulu Öndərin təməlini qoyduğu müstəqil Azərbaycanın mədəniyyət siyasətini layiqincə davam etdirdiklərinə və bu sahədə fəaliyyət göstərən şəxslərə göstərilən yüksək dövlət qayğısına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlığını bildirib.
Daha sonra rəssam-heykəltəraşın əsərlərindən ibarət sərgiyə tamaşa olunub.
Xəlilov Ehtiram Lalət oğlu 1957-ci ildə Ağstafa rayonunun Dağ Kəsəmən kəndində anadan olub. Əzim Əzimzadə adına Ressamlıq Kollecini və Azərbaycan Dövlət İncəsənət İnstitutunun Heykəltaraşlıq ixtisasını bitirərək 1989-cu ildə heykəltaraşlıq və rəssamlıq fəaliyyətinə başlayıb. Ağstafa rayonundakı bir çox büst və abidələrin müəllifidir. 2010-cu ildən Ağstafa Dövlət Rəsm Qalereyasında Bərpaçı rəssam və rəsm dərnək rəhbəridir. 17 şagirdi müxtəlif ali təhsil müəssisələrində rəssamlıq üzrə təhsil almış və bu sahə də fəaliyyət göstərirlər.