Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa rayon Heydər Əliyev Mərkəzində təşkil olunan "Heydər Əliyev irsinin öyrənilməsi” dərsləri tədris etdirilir

26 oktyabr 2023 | 12:26

Ağstafa rayon Heydər Əliyev Mərkəzində "Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda keçirilən növbəti dərsdə Ağstafa şəhər texniki-humanitar təmayüllü liseyin 9-10-cu sinif şagirdləri iştirak ediblər. Məktəbin dil-ədəbiyyat müəllimi Xəyalə Məmmədova bildirdi ki, Ümumilli lider Heydər Əliyevin Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi əbədilik qazanması heç də təsadüfi deyil: “Məhz Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ağır günlərdə xalqın istəyi ilə Ümummilli lider Heydər Əliyev ölkə rəhbərliyinə qayıdaraq müstəqil Azərbaycan Respublikasını, Azərbaycan xalqını, qazanılmış tarixi nailiyyətləri məhv olmaqdan xilas etmək kimi çox çətin və şərəfli bir missiyanı öz üzərinə götürdü. “Ömrümün qalan hissəsini də xalqıma bağışlayıram” deyib meydana atılan böyük ürəkli Vətən oğlunun öz xalqı, öz Vətəni qarşısında misilsiz fədakarlığı idi. Ümummilli lider Heydər Əliyev öz siyasi bacarığını, çoxillik idarəçilik səriştəsini əsirgəmədən, xalqının firavanlığı və dövlətinin müstəqilliyi yolunda yorulmadan xidmətdə olduğunu bir daha sübut etdi. Şagirdlərə ümummilli lider Heydər Əliyevin həyatının müxtəlif dövrlərini, çoxşaxəli fəaliyyətini əks etdirən tarixi fotolar barədə geniş məlumatlar verilib. Dərsin yekununda Ulu öndər Heydər Əliyevin həyat və fəailiyyətindən bəhs olunan "Dahi Şəxsiyyət" sənədli filmi nümayiş etdirilib.

Keçidlər