Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa rayon Heydər Əliyev Mərkəzinin nəzdində fəaliyyət göstərən "Heydər Əliyev Məktəbi"ndə dərslər davam etdirilir

17 aprel 2024 | 12:21

“Heydər Əliyev və Dağlıq Qarabağ probleminin həlli yolları” mövzusunda keçirilən növbəti dərsdə Böyük Kəsik kənd tam orta məktəbin yuxarı sinif şagirdləri iştirak ediblər. Dərsin proqramına uyğun olaraq ilk öncə şagirdlər Mərkəzin əməkdaşlarının müşayiəti ilə ekspozisiya zalında Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən tarixi fotolardan ibarət stendlərə tamaşa edib, ətraflı məlumatlar əldə ediblər. Tarix müəllimi Rəşad Əfəndi  mövzuya dair geniş mühazirə səsləndirərək qeyd edib ki, sovet dönəmində, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ Muxtar Vilayəti Ermənistana birləşməsi cəhdləri edilmiş, lakin bu cəhdlərin qarşısı həmin vaxtlar alınmışdı. Ümummilli Lider Heydər Əliyev 14 iyul 1969-cu ildə Azərbaycan KP Mərkəzi Komitəsinin birinci katibi vəzifəsinə seçildikdən sonra Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi barədə edilən cəhdlərin qarşısının qətiyyətlə alınmasında xüsusi prinsipiallıq göstərmişdir.

 Dərs Mərkəzin kino zalında Ulu Öndərin həyatı və ictimai-siyasi fəaliyyəti haqqında sənədli filmin nümayişi ilə davam etdirilibdir.

Keçidlər