Ağstafa Rayon İcra Hakimiyyəti başçısı aparatının şöbə müdiri “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub
24 iyun 2026 | 17:53
Prezident İlham Əliyevin dövlət qulluqçularının təltif edilməsi haqqında 23 iyun 2026-cı il tarixli Sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyətinə görə təltif edilənlər sırasında Ağstafa RİH başçısı aparatının Sənəd dövriyyəsi, vətəndaş müraciətləri və inzibati işlər şöbəsinin müdiri Budaqova Sənəm Nəsib qızı da yer alıb. O, “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.






