Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirilib

19 iyul 2024 | 16:39

Ağstafa RİH başçısı aparatının akt zalında Seymur Orucovun sədrliyi ilə keçirilən geniş tərkibli iclasda Şura üzvləri, aidiyyəti üzrə idarə, müəssisə və təşkilatların məsul şəxsləri, inzibati ərazi dairələri üzrə nümayəndələr, yerli bələdiyyə sədrləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin və ölkəmizin suverenliyinin, ərazi bütövlüyünün qorunması  uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov iclası açaraq bildirib ki, ulu öndər Heydər Əliyevin müdrik siyasətinin məntiqi nəticəsi olaraq ölkəmizdə siyasi və makroiqtisadi sabitliyə nail olunmuş, iqtisadiyyatın bütün sahələrində köklü islahatlar aparılmış, dinamik sosial-iqtisadi inkişafın möhkəm təməli qoyulmuşdur. Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan gündən-günə inkişaf edən, bütün dünyada durmadan siyasi nüfuzunu, sosial-iqtisadi və hərbi potensialını artıran güclü ölkəyə çevrilmişdir. O cümlədən regionların hərtərəfli inkişafı sahəsində məqsədyönlü siyasətin davamı olaraq Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanları ilə “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqram”ları təsdiq olunmuşdur. Dövlət Proqarmlarının icrası makroiqtisadi sabitliyin təmin olunmasında, regionlarda sahibkarlıq fəaliyyətinin genişlənməsində, yeni müəssisələrin və iş yerlərinin yaranmasında, irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsində, kommunal xidmətlərin səviyyəsinin yüksəldilməsində, aqrar sənaye komplekslərinin inkişafı və əhalinin rifah halının daha da yaxşılaşdırılmasında müstəsna rol oynamışdır.

Keçidlər