Ağstafa Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın start verdiyi humanitar xarakterli "Hərəyə bir kitab" aksiyasına bu gündən etibarən start verilib
Sentyabr ayının 17-nə kimi Rayon Mərkəzi Kitabxanasında davam etdiriləcək aksiyanın başlanması münasibəti ilə keçirilən tədbirdə Ağstafa RİH başçısı aparatının məsul şəxsləri, İctimai Şuranın üzvləri, rayon ziyalıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
İctimai Şuranın sədr müavini Teymur Əliyev aksiyanın keçirilməsinin əhəmiyyətindən söz açaraq bildirib ki, əsas məqsəd hər bir ağstafalını bir kitab təqdim etməklə aksiyaya cəlb etmək və toplanan müxtəlif məzmunlu kitabları gecə-gündüz Müzəffər Ordumuzun sıralarında Vətənin keşiyində duran hərbi hissələrdəki əsgərlərimizə ərmağan etməkdən ibarətdir. Qeyd olunub ki, bu cür nəcib təşəbbüslə həm əgərlərimizin dövlətimiz tərəfindən asudə vaxtlarının keçirilməsi üçün yaradılmış yüksək şəraitə tövhə, həm də yeniyetmə və gənclər arasında yüksək vətənpərvərlik ruhunun aşılanmasına təkan vermiş oluruq.
Aksiyanın ilk günündəcə xeyli sayda kitabın toplanması, ağstafalıların hər zamankı kimi əsgərlərimizin yanında olmasını əks etdirib. İştirakçılar onlar üçün bu cür aksiyaya qatılmağın qürurverici hiss olduğunu ifadə edərək hər kəsi dəstəy olmağa çağırıblar.