Ağstafa Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın təşkilatçılığı ilə "Biz sizinləyik" layihəsi çərçivəsində şəhid övladları üçün geniş tədbir keçirilib
Tədbirdə şəhidlərimizin ailə üzvləri, RİH başçısı aparatının məsul şəxsləri Lalə Eyyubova, Ariz Qədiməliyev, İctimai Şuranın sədr müavini Teymur Əliyev və şura üzvləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Öncə ölkəmizin azadlığı və suverenliyi uğrunda canından keçmiş Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himnimiz səsləndirilib.
Tədbirdə ölkəmizdə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə şəhidlərimizin ailə üzvlərinə göstərilən yüksək dövlət qayğısından, onların sosial müdafiəsinin gücləndirilməsi, hər cür qayğı ilə əhatə olunması istiqamətində icra olunan tədbirlədən geniş bəhs olunub. Qeyd olunub ki, Vətən uğrunda şəhid olmağı hər şeydən uca tutan qəhrəmanlarımızın bizə qoyduqları ən böyük əmanət onların övladlarıdır. Şəhid övladlarına daim diqqət və qayğı göstərməyi hər bir azərbaycanlı özünə vətəndaşlıq borcu hesab edir. Hər bir şəhidimiz kimi, onların yadigarları da hər birimiz üçün böyük qürur mənbəyidir.
Tədbirdə nağıl qəhrəmanlarının iştirakı ilə təşkil olunan əyləncəli proqram və hədiyyələr uşaqların böyük sevincinə səbəb olub.