Ağstafa Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvləri ilə növbəti görüş keçirilib
05 avqust 2022 | 10:31
Seymur Orucovun rəhbərliyi ilə keçirilən tədbirdə müavinləri İlqar Hacıyev, Lalə Eyyubova, İctimai Şuranın sədri Hüseyn Hüseynov, müavini Teymur Əliyev və digər üzvlər iştirak ediblər. İcra başçısı diqqətə çatdırıb ki, Şuranın əsas fəaliyyət istiqaməti olan ictimai nəzarət daim operativ, şəffaf və şəxsi maraqlar olmadan həyata keçirilməlidir, vətəndaşlara təmmənasız xidmət göstərməlidir. Bununla yanaşı Şuranın iki aylıq fəaliyyəti yüksək qiymtləndirilib və vətəndaşlar tərəfindən daxil olmuş müraciətlərin həlli üçün lazımi köməkliyin göstəriləcəyi bildirilib.