Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa Rayon İcra Hakimiyyəti yanında Məşğulluğa kömək göstərən Əlaqələndirmə Komitəsi sahibkarlarla (işəgötürənlərlə) görüş keçirib

14 noyabr 2025 | 13:11

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 9 oktyabr tarixli 3287 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qeyri-formal məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”nın 3.4-cü yarımbəndinin icrası ilə bağlı Ağstafa Rayon İcra Hakimiyyəti yanında Məşğulluğa kömək göstərən Əlaqələndirmə Komitəsinin fəaliyyətinin gücləndirilməsi məqsədilə Komitə üzvləri sahibkarlarla (işəgötürənlərlə) görüş keçirib.

Görüşdə rayonda qeyri-formal məşğulluğun əmək bazarının tənzimlənməsinə, vergi, sosial sığorta və digər məcburi ödənişlərin həyata keçirilməsinə, işçilərin gələcək sosial təminat hüquqlarına malik olmasına ciddi maneə yaratdığını, bu sahə üzrə nəzarətin, əmək müqaviləsi bağlamağa stimullaşdıran tədbirlərin, təbliğat-təşviqat məqsədli maarifləndirmə işlərinin daha da gücləndirilməsinə ehtiyacın olduğu bildirilmişdir.

Ağstafa Rayon İcra Hakimiyyəti yanında Məşğulluğa kömək göstərən Əlaqələndirmə Komitəsinin işinin bundan sonra da səmərəli təşkil edilməsi, rayonda qeyri-formal məşğulluğun qarşısının alınması, rəsmiləşdirilməyən əmək münasibətləri və bu işdə mövcud olan problemlərin aradan qaldırılması, aidiyyəti dövlət qurumları ilə qarşılıqlı fəaliyyət və digər məsələlər müzakirə edilmişdir.

Keçidlər