Ağstafa Rayon İcra Hakimiyyətində könüllü təlimlərini müvəffəqiyyətlə başa vuran daha səkkiz nəfər gənc müvafiq sertifikatlarla təltif olunub
11 iyun 2022 | 10:24
Ağstafa RİH başçısı Seymur Orucov könüllülərlə görüşüb, onlara gələcək fəaliyyətlərində uğurlar arzu edərək iki aylıq təlimdə yüksək fəallıq nümayiş etdirdikləri üçün təşəkkür edib.
Könüllü gənclər Əfsun Nemətov, Rəcəb Nəcəfli, Esmira Rafiqli, Fidan Hacızadə, Firuz Əsədov, Aynur Əliyeva, Qəndab Hüseynova və Türkan Hüseynova dövlət orqanlarında gənclərin bilik və bacarıqlarının, yaradıcı və innovativ potensiallarının artırılması üçün yaradılan bu cür imkanlara görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını ifadə edbilər.