Ağstafa Rayon İcra Hakimiyyətinin baş memarı Sənan Mustafayev dövlət qulluqçularının yaş həddinə görə təqaüdə çıxıb
25 yanvar 2024 | 18:04
25 yanvar 2024-cü il tarixində Ağstafa RİH başçısı aparatının Memarlıq və tikinti şöbəsinin müdiri-baş memar Sənan Mustafayevin 65 yaşı tamam olub. Bu münasibətlə Ağstafa RİH başçısı aparatı kollektivinin iştirakı ilə toplantı keçirilib. RİH başçısı Seymur Orucov imzaladığı müvafiq sərəncamla S.Mustafayevi dövlət qulluğu sahəsində uzun müddət qüsursuz xidmətinə görə təsis edilmiş Fəxri Fərmanla təltif edib. Qeyd olunub ki, Dövlət qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 25.06.2011-ci il tarixli müvafiq Sərəncamı ilə S.Mustafayevin dövlət qulluğunda səmərəli fəaliyyətinə görə “Dövlət qulluğunda fərqlənməyə görə” medalına layiq görülməsi ümumilikdə ağstafalı dövlət qulluqçularına göstərilən yüksək diqqətin bariz nümunəsidir.
Öz növbəsində, Sənan Mustafayev hər bir sahədə, o cümlədən dövlət qulluğu sahəsində fəaliyyət göstərən şəxslərə göstərilən yüksək dövlət qayğısına görə ağstafalı dövlət qulluqçuları adından Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirib.