Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov Poylu kəndində vətəndaşların növbəti səyyar qəbulunu keçirib

28 aprel 2022 | 19:53

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov Poylu kəndində vətəndaşların növbəti səyyar qəbulunu keçirib, kənddə mövcud vəziyyətlə yaxından tanış olub, əhalini maraqlandıran məsələləri araşdıraraq nəzarətə götürüb. 

Səyyar görüşdə rayonun hüquq-mühafizə orqanlarının və aidiyyəti üzrə təşkilatlarının rəhbərləri, RİH başçısı aparatının məsul şəxsləri iştirak ediblər. Sakinlərin təklif və müraciətləri qəbul olunub, qaldırılan məsələlərin həlli istiqamətində aidiyyəti üzrə məsul şəxslərin arayışları dinlənilib və müvafiq tapşırıqlar verilib. Tədbirdə  Poylu kənd yaşayış məntəqəsində son olaraq görülən işlərə dair qeyd olunub ki, 8 ədəd subartezian və 4 ədəd elektrik transformatoru əsaslı təmir olunub, iki küçəyə 800 metr məsafədən yeni içməli su xətti çəkilib, kənddaxili yolların təmiri çərçivəsində daha 250 metr yol xırlanaraq avtoqreyderlə hamarlanıb, 2,3 km uzunluğunda əsas suvarma arxı lildən təmizlənib, əhalinin əkin sahələrinə gedişinin asanlaşdırılması üçün bir ədəd su keçidi quraşdırılıb.

Keçidlər