Ağstafa Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq şagirdlərin radikal dini təsir altına düşməmələri üçün növbəti maarifləndirici tədbir Vurğun qəsəbə tam orta məktəbində keçirilib
Tədbir Ağstafa RİH-in, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin Ağstafa Rayonu üzrə Gənclər və İdman, Qazax-Tovuz Regional Təhsil İdarəsinin Ağstafa Rayonu üzrə Təhsil sektorlarının, Dini Qurumlarlar İş üzrə Dövlət Komitəsinin Tovuz Bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə təşkil olunub.
İclasda Ağstafa RİH başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı İsa Məmmədov, rayon üzrə Gənclər və İdman sektorunun müdiri Turan Hüseynov, Dini Qurumlarlar İş üzrə Dövlət Komitəsinin Tovuz Bölgəsi üzrə şöbəsinin məsləhətçisi Eşqin Allahverənov, Ağstafa şəhər İmam Əli adına “Cümə” məscidinin imamı Şahin İsmayılzadə, rayon üzrə Gənclər və İdman sektorunun baş məsləhətçisi Pərvin Gözəlov çıxış ediblər. Natiqlər, bu kimi tədbirlərin təşkilinin əsas məqsədi yeniyetmə və gənclərimizin radikal dini cərayanların təsiri altına düşməmələri və bu sahədə maarifləndirmə işlərinin davamlı aparılmasından ibarət olduğunu qeyd ediblər. Dini radikalizmə qarşı mübarizənin güçləndirilməsi sahəsində və qeyri ənənəvi dini təriqətlərin zərərli təbliğatınların qarşısının alınması məqsədilə mütəmadi olaraq silsilə tədbirlər həyata keçirilməsi ən vacib məsələlərdəndir. Qeyd olunub ki, dövlət-din münasibətlərinin beynəlxalq hüquq normalarına uyğun tənzimlənməsi, ölkədəki tolerantlıq mühitinin qorunub saxlanması, rayonda yeniyetmə və gənclərlə maarifçilik işinin təşkili istiqamətində işin həyata keçirilmisi və sağlam mühitin yaranmasına xidmət edən bu cür tədbirlərin keçirilməsi çox əhəmiyyətlidir.