Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa rayon “Yazıçılar Evi”ndə "Gənclərin ictimai həyatda rolu" mövzusunda tədbir keçirilib

29 iyul 2026 | 16:57

2026-cı ilin ölkəmizdə "Şəhərsalma və Memarlıq İli” ilə əlaqədar Ağstafa Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun keçirilən tədbir Ağstafa Rayon Ağsaqqallar Şurası ilə birgə təşkil olunub.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş nitqi ilə açan rayon Ağsaqqallar Şurasının sədri Sənan Mustafayev qeyd edib ki, bu gün fəxrlə deyə bilərik ki, Ulu Öndər Heydər Əliyevin xalqımızın işıqlı gələcəyi naminə formalaşdırdığı müasir Azərbaycan gəncliyi hazırda ölkəmizin ictimai-siyasi, mədəni və sosial həyatında aparıcı bir qüvvəyə çevrilib. Ulu Öndər hələ sovet dövründən başlayaraq Azərbaycan gəncliyinin gələcəyini düşünmüş, minlərlə azərbaycanlı gəncin SSRİ-nin ən nüfuzlu ali məktəblərində təhsil almasına şərait yaratmışdır. Müstəqilliyimizin ilk çətin illərində isə gənclərin potensialını vahid bir güc ətrafında birləşdirməyi bacarmışdı. 1994-cü ildə Gənclər və İdman Nazirliyinin yaradılması, 1996-cı ildə Azərbaycan Gənclərinin Birinci Forumunun keçirilməsi və 2 fevral tarixinin Gənclər Günü elan edilməsi qeyd olunanların ən bariz nümunələridir. Bu gün dahi rəhbərin əsasını qoyduğu dövlət gənclər siyasətinin Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən qətiyyətlə davam etdirilməsi gənc nəslin xalqımızın və dövlətimizin ən böyük sərvətinə çevirmişdir. 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbə məhz milli-mənəvi dəyərlərə bağlı, vətənpərvər ruhda yetişən Azərbaycan gəncliyinin qəhrəmanlığı sayəsində mümkün olmuşdur.

Digər çıxış edənlər, Ağstafa rayonu üzrə Gənclər və İdman Sektorunun müdiri Turan Hüseynov, rayon Ağsaqqallar Şurasının üzvləri Gülgün Kərimov, Məmməd Məmmədov, Saqif Babayev və digərləri mövzu ətrafında geniş məruzələrlə çıxış ediblər.

Tədbirdə Ağstafa Rayon Ağsaqqallar Şurası tərəfindən şuranın üzvləri, Əliyev Məcid Əli oğlu 75, Hacıyev Mirzahid Miri oğlu 65 illik yubileyləri, eləcə də rayonun ictimai-siyasi həyatında fəaliyyətlərində fərqləndiklərinə görə Ağstafa rayonu üzrə Gənclər və İdman Sektorunun müdiri Hüseynov Turan Biləndər oğlu, rayonun fəal gəncləri, Mürüdov Asim Elşən oğlu, Abbaslı Rəşad İlham oğlu Fəxri Fərmanla təltif olunublar. Həmçinin Şuraya qəbul olunan yeni üzvlərə də vəsiqələr təqdim olunub.

Sonda xatirə şəkli çəkdirilib.

Keçidlər