Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa rayonunda 2025-ci ildə mülki müdafiə sahəsində görülmüş işlərin yekunları və 2026-cı ildə qarşıda duran vəzifələrə dair müşavirə keçirilib

10 dekabr 2025 | 11:49

Ağstafa Rayon İcra Hakimiyyəti başçısı aparatının inzibati binasında keçirilən tədbirdə RİH başçısının birinci müavini, Rayon Fövqəladə Hallar Komissiyasının sədri Müşfiq Hüseynov, Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin Mülki müdafiə hazırlıq şöbəsinin rəisi polkovnik-leytenant Bəhayi Nəsirov, eləcə də yerli özünüidarəetmə orqanlarının, aidiyyəti rayon xidmətlərinin məsul vəzifəli nümayəndələri iştirak ediblər.

Müşavirədə rayon ərazisində mülki müdafiə sahəsində mövcud vəziyyət, vacib məsələlər və onların həlli yolları ətrafında geniş müzakirələr aparılıb, fövqəladə hallar haqqında xəbərdar edilmə, əhalinin və ərazinin mühəndis mühafizəsi barədə əhalinin maarifləndirilməsinə dair zəruri tövsiyələr verilib. Həmçinin baş verə biləcək fövqəladə hadisələr zamanı ictimai asayişin, mülki müdafiənin çevik və düzgün təşkili, yanğın təhlükəsizliyi ilə bağlı görülən işlərə dair geniş məruzələr diqqətə çatdırılıb. Mülki müdafiə sahəsində birgə fəaliyyətin hər zaman diqqətdə saxlanılmağın vacibliyi vurğulanıb.

 

Keçidlər