Ağstafa rayonunda “Ailədaxili mübahisələrin həlli ilə bağlı mediasiya xidmətlərinin tətbiqinin genişləndirilməsi” və “Himayədar ailə institutunun inkişafına hədəflənən tədbirlərin həyata keçirilməsi” mövzularında dəyirmi masa keçirilmişdir
Ağstafa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023-2026-cı illər üçün Dövlət Proqramı”nın 8.4.6-cı və 8.5.2-ci yarımbəndlərinin icrası ilə bağlı “Ailədaxili mübahisələrin həlli ilə bağlı mediasiya xidmətlərinin tətbiqinin genişləndirilməsi” və “Himayədar ailə institutunun inkişafına hədəflənən tədbirlərin həyata keçirilməsi” mövzularında dəyirmi masa keçirilmişdir.
Tədbirdə Ağstafa Rayon İcra Hakimiyyəti başçısının – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lalə Eyyubova, Qazax 1 saylı Mediasiya təşkilatının direktoru Pərvin Əhmədov, Vəkillər kollegiyasının, Sosial Xidmətlər Agentliyinin Qazax-Tovuz Regional filialının, Ağstafa Gəncləri Evi Sosial Xidmət müəssisəsinin və rayon İcra və Probasiya idarəsinin əməkdaşları, Ağstafa Rayon İcra Hakiiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik komissiyasının üzvləri iştirak etmişdir.
Ağstafa Rayon İcra Hakimiyyəti başçısının – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lalə Eyyubova çıxışında ölkəmizdə mediasiya prosesinin tətbiqi və bu prosesin əhəmiyyəti haqqında danışmış, ailədaxili mübahisələrin həlli ilə bağlı mediasiya xidmətlərinin tətbiqinin genişləndirilməsi üçün yerlərdə mediasiya təşkilatının mediatorları tərəfindən təlimlərin, maarifləndirmə tədbirlərinin təşkilinin vacib olduğunu vurğulamışdır.
Qazax 1 saylı mediasiya təşkilatının direktoru Pərvin Əhmədov mediasiya haqqında, mediasiya təşkilatının vəzifə və səlahiyyətləri, təşkilata müraciət qaydaları barədə ətraflı məlumat vermiş, tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırmışdır.
Digər çıxış edən şəxslər ailədaxili mübahisələrin həlli ilə bağlı mediasiya xidmətlərinin tətbiqinin genişləndirilməsi bu xidmət haqqında daha çox insanın məlumatlı olması üçün maarifləndirmə tədbirlərinin keçirilməsi vurğulanmışdır.
Sosial Xidmətlər Agentliyinin Qazax-Tovuz Regional filialının əməkdaşı Agentlik tərəfindən “Himayədar ailə modeli” ilə bağlı vətəndaşların məlumatlandırılması, uşaqların müəssisələrdə yox ailə himayəsində böyüməsinin müsbət tərəfləri barədə ətraflı məlumatların verilməsinin həyata keçirildiyini qeyd edərək, bu yolla bir neçə uşağın “Himayədar ailə” tərəfindən himayəyə götürülüb saxlanıldığı bildirmişdir. Uşaqlara necə baxılması, onların həyat şəraitinin yoxlanılmasının mütəmadi olaraq Sosial Xidmətlər Agentliyi tərəfindən aparıldığı qeyd olunmuşdur.