Ağstafa rayonunda “Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə və mövcud infrastrukturun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Fəaliyyət Planı”nın icrasına həsr olunmuş maarifləndirici tədbir keçirlib
Ağstafa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Məşğulluq Filailının dəstəyi ilə RİH başçsının inzibati ərazi dairəsi üzrə nümayəndələrin, bələdiyyə sədrlərinin və sahibkarlarla (işəgötürənlərlə) Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 25 iyun tarixli 637 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə və mövcud infrastrukturun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Fəaliyyət Planı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planın 8.5.1, 8.5.2-ci və 8.5.3-cü yarımbəndlərinin icrası ilə bağlı tədbir keçirilmişdir.
Tədbirdə Ağstafa Rayon İcra Hakimiyyəti başçısının müavini - Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Lalə Eyyubova, icra aparatının məsul əməkdaşları, Azərbaycan Respulblikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Məşğulluq Filialının Ağstafa Xidmət şöbədinin müdiri Nəriman Zamanov, Azərbaycan Respulblikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Ağstafa rayonu üzrə Kiçik və Orta Biznesin dostu – KOB Dostu Cavid Adıgözəlov, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Ağstafa Şurasının sədri Vüqar Kərimov, RİH başçısının inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri və sahibkarlar (işəgötürənlər) iştirak edib.
Başçının müavini - Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Lalə Eyyubova bildirib ki, bu gün cəmiyyətimiz üçün mühüm əhəmiyyət kəsb edən məsələlərdən biri də cəzaçəkmə müəssisələrindən azad olunmuş şəxslərin sosial adaptasiyası və məşğulluğunun təmin edilməsidir. Belə şəxslərin yenidən cəmiyyətə inteqrasiyası, əmək fəaliyyətinə cəlb olunması və layiqli həyat şəraitinin yaradılması həm sosial sabitliyin möhkəmləndirilməsi, həm də təkrar cinayətlərin qarşısının alınması baxımından böyük əhəmiyyət daşıyır. Lalə Eyyubova cəzaçəkmə müəssisələrində azad olunmuş şəxslərin məşğulluğunun təmin edilməsinin yalnız sosial müdafiə tədbiri deyil, həm də təhlükəsiz, sabit və inkişaf etmiş cəmiyyət quruculuğunun vacib şərti olduğunu vurğulayıb.
Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Məşğulluq Filialının Ağstafa Xidmət şöbədinin müdiri Nəriman Zamanov çıxış edərək Fəaliyyət Planının həyata keçirilməsi üzrə Tədbirlər Planının müvafiq yarımbəndlərinin icrası ilə bağlı Filial tərəfindən görülmüş işlərdən söz açıb. Nəriman Zamanov aidiyyəti qurumlardan cəzaçəkmə müəssisələrindən azadlığa buraxılmış şəxslər barədə Filiala daxil olan müraciətlərə əsasən həmin şəxslərin araşdırılaraq onlarla əlaqə saxlanıldığını və onlara Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və məşğulluq” altsistemində (ƏMAS) işaxtaran və ya işsiz kimi qeydiyyata alınmaları, həmçinin məşğulluqlarının təmin edilməsi üçün aktiv məşğulluq tədbirləri barədə geniş məlumat verildiyini diqqətə çatdırıb. Tədbirlər Planının qeyd olunan yarımbəndlərinin icrası ilə əlaqədar olaraq Ağstafa rayonu üzrə cəzaçəkmə müəssisələrindən azad edilmiş 5 nəfər şəxsə “Əmək və məşğulluq” altsistemində (ƏMAS) formalaşdırılmış vakansiya bankından münasib işlər təklif edildiyini, həmin şəxslərə münasib işə dair göndərişlərin formalaşdırıldığını və işlə təmin olunduqlarını diqqətə çatdırıb. Həmçinin maarifləndirmə tədbirləri nəticəsində 3 nəfər cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxs özünüməşğulluq proqramı üzrə müraciət etdiyini vurğulayıb. N.Zamanov həmçinin tədbirdə iştirak edən aidiyyəti şəxslərə cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin filiala və ya xidmət şöbəsinə yönləndirmələrini tövsiyə edib.
Sonda Fəaliyyət Planının həyata keçirilməsi üzrə Tədbirlər Planından irəli gələn məsələlər müzakirə edilib, bu sahədə görülmüş və icrası nəzərdə tutulan işlərlə bağlı geniş fikir mübadiləsi aparılıb.






