Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa rayonunda dövlət qulluğunda rəhbər vəzifəli şəxslər üçün idarəetmə sahəsində, o cümlədən insan resurslarının idarə edilməsi ilə bağlı təlim keçirilmiş, Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə dair illik hesabat müzakirəsi olunmuşdur.

14 yanvar 2026 | 15:20

Azərbaycan Respublikası Prezidentinin 30.12.2022-ci il tarixli 3696 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”nın 2023–2025-ci illərdə icrası üzrə Milli Fəaliyyət Planının 2.3-cü və 3.2-ci yarımbəndlərinin icrası ilə bağlı tədbir keçirilmişdir.

Tədbir çərçivəsində Milli Fəaliyyət Planının 2.3-cü yarımbəndinin icrası ilə əlaqədar “Dövlət qulluğunda rəhbər vəzifəli şəxslər üçün idarəetmə sahəsində, o cümlədən insan resurslarının idarə edilməsi” mövzusunda təlim keçirilmiş, iştirakçılara təqdimatla mövzu ilə bağlı ətraflı məlumart verilmişdir.

Tədbirdə eyni zamanda Milli Fəaliyyət Planının 3.2-ci yarımbəndinin icrası ilə bağlı Ağstafa Rayon İcra Hakimiyyəti başçısı aparatında və başçının sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərində inzibati vəzifə tutan dövlət qulluqçularının 2025-ci ildə xidməti fəaliyyətlərinin qiymətləndirilməsinin nəticələrinə dair ümumiləşdirilmiş yekun hesabatın müzakirəsi keçirilib.

Tədbir qarşılıqlı diskussiya şəraitində keçmiş, iştirakçıları maraqlandıran bütün suallar cavablandırılmışdır.

Keçidlər