Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa rayonunda “Əmək yarmarkası” keçirilib

15 oktyabr 2022 | 12:41

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Məşğulluq Filialı tərəfindən 14 oktyabr 2022-ci il tarixində Ağstafa şəhərində Heydər Əliyev Mərkəzində əmək yarmarkası təşkil olunmuşdur. Yarmarkada Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Məşğulluq Filialının müdiri Elçin Nəsibov, Ağstafa rayon İcra Hakimiyyəti başçısının müavini –Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri İlqar Hacıyev və digər rəhbər şəxslər iştirak etmişdilər. Yarmarkaya 16 dövlət və özəl müəssisəs tərəfindən ümumilikdə 235 boş iş yerləri təqdim edilmişdir. Boş iş yerləri üzrə işəgötürənlər tərəfindən təklif edilən əməkhaqqı 300-1400 manat arasında olub. Qeyd edək ki, əmək yarmarkasının keçirilməsində əsas məqsəd Qazax-Tovuz regionunda məşğulluq problemlərinin uğurlu həlli, savadlı, peşəkar və təcrübəli gənclərin ixtisas yönümlü karyerasının dəstəklənməsi, işsiz və işaxtaranlar üçün uyğun təcrübə imkanlarının yaradılmasının təmin edilməsidir. Yarmarkada 303 işsiz və işaxtaran şəxslər qeydiyyatdan keçərək iştirak etmişdilər. Həmçinin iştirak edən işsiz və işaxtaran şəxslər sırasında müharibə iştirakçıları, qazilər və sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər yer almışdılar. İşəgötürən tərəfindən vakansiyalara müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilmiş,  uyğun namizədlər növbəti mərhələyə dəvət olunmuşlar. 

Keçidlər