Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa rayonunda Əmək yarmarkası keçirilib

21 avqust 2026 | 12:21

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən Ağstafa şəhərində əmək yarmarkası təşkil olunmuşdur. Yarmarkaya 14 özəl müəssisə tərəfindən ümumilikdə 80 boş iş yeri təqdim edilmişdir. Yarmarkada 80 nəfər işsiz və işaxtaran şəxs qeydiyyatdan keçərək iştirak etmişdir. İştirak edən işsiz və işaxtaran şəxslər sırasında müharibə iştirakçıları, qazilər və sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər yer almışdır. İşəgötürən tərəfindən vakansiyalara müraciət edən şəxslərin müraciətləri qəbul edilərək nəzərdən keçirilmiş, uyğun namizədlər növbəti mərhələyə dəvət olunmuşlar.    Qeyd edək ki, əmək yarmarkasının keçirilməsində əsas məqsəd Qazax-Tovuz iqtisadi regionunda məşğulluq problemlərinin uğurlu həlli, savadlı, peşəkar və təcrübəli gənclərin ixtisas yönümlü karyerasının dəstəklənməsi, işsiz və işaxtaranlar üçün uyğun təcrübə imkanlarının yaradılmasının təmin edilməsidir.

 

Keçidlər