Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa rayonunda “İstehsal və emal ilə məşğul olan sahibkarlıq subyektlər üçün imkanlar, çətinliklər və perspektivlər" mövzusunda görüş keçirilib

12 fevral 2026 | 15:05

Ağstafa rayon Heydər Əliyev Mərkəzində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı və Ağstafa Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən tədbirdə heyvandarlıq və südçülük sektorunda fəaliyyət göstərən sahibkarlar, eləcə də KOBİA-nın, Ağstafa Rayon İcra Hakimiyyətinin, Dövlət Vergi Xidmətinin, Dövlət Gömrük Komitəsinin, Dövlət Məşğulluq Agentliyinin, Ağstafa Dövlət Aqrar İnkişaf Mərkəzinin, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri iştirak ediblər.

Qeyd olunub ki, görüşün məqsədi sahibkarları dövlətin dəstək mexanizmləri və sahibkarlara dəstək  göstərən digər qurumların fəaliyyəti və göstərdikləri xidmətlər barədə məlumatlandırmaq, onlar arasında əməkdaşlığı təşviq etməkdən ibarətdir. Reqlamentə uyğun olaraq bankların əməkdaşları tərəfindən sahibkarları maraqlandıran suallar cavablandırılıb və maliyyə resurslarına çıxış imkanları haqqda prosedur qaydalar izah edilib, həmçinin layihələr təqdim olunub, mövzuya dair müzakirələr aparılıb və bu istiqamətdə müvafiq tövsiyə və məsləhətlər verilib.

 

 

Keçidlər