Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa rayonunda “İstifadə olunmuş kağızların təkrar emal müəssisələrinə təhvil verilməsi və elektrik enerjisindən qənaətlə istifadənin təbliğ edilməsi” mövzusunda marifləndirici tədbirlər davam etdirilir

06 noyabr 2025 | 11:37

Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq bütün respublikada olduğu kimi Ağstafa rayonunda da silsilə tədbirlər həyata keçirilmişdir. Tədbirlər Planının müvfiq yarımbəndlərinin icrasının davam etməsi və Tədbirlər Planının 4.8-ci yarımbəndlərin icasının təmin edilməsi ilə bağlı Ağstafa Rayon İcra Hakimiyyətinin və Ağstafa Elektrik Şəbəkəsinin təşkilatçılığı ilə istifadə olunmuş kağızların təkrar emal müəssisələrinə təhvil verilməsi və elektrik enerjisindən qənaətlə istifadənin təbliğ edilməsi məqsədilə yerlərdə maarifləndirici tədbirlər davam etdirilir.

Tədbirdə vətəndaşlar arasında ekoloji maarifləndirməyə diqqət çəkmək, kağız israfını azaltmaq, təkrar emalı təşviq etmək yolu ilə ağacların qorunmasına, təbiətin mühafizəsinə və ekoloji balansın saxlanılmasına nail olmaq, ətraf mühitin çirkləndirilməsinin qarşısını almaq barədə məlumat verilmişdir.

Diskussiya şəklində davam edən tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb və “İstifadə olunmuş kağızların təkrar emal müəssisələrinə təhvil verilməsi və elektrik enerjisindən qənaətlə istifadənin təbliğ edilməsi”ni əks etdirən bukletlər paylanılmışdır.

Keçidlər