Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa rayonunda qış mövsümünə hazırlığın vəziyyəti müzakirə olunub

03 noyabr 2023 | 18:15

Seymur Orucovun rəhbərliyi ilə Ağstafa Rayon İcra Hakimiyyəti başçısı aparatında keçirilən Şuranın növbəti iclasında rayonun hüquq-mühafizə orqanlarının və aidiyyəti təşkilatların məsul şəxsləri, inzibati ərazi dairələri üzrə nümayəndələr və bələdiyyə sədrləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

İclası giriş sözü ilə açan RİH başçısı qeyd edib ki, Prezident İlham Əliyevin diqqət və qayğısı ilə respublikamızın hər yerində olduğu kimi Ağstafa rayon əhalisi də fasiləsiz elektrik enerjisi, təbii qaz və içməli su ilə təmin olunur, müvafiq xidmət təşkilatlarının operativ və keyfiyyətli fəaliyyəti üçün texniki və maddi cəhətdən yüksək şərait yaradılır. Odur ki, növbəti qış mövsümündə də əhalinin sosial problemlərinin həllinə dərhal əhəmiyyət verilməli və yaranan problemlər ən qısa zamanda aradan qaldırılmalıdır.

Tədbirdə qeyd olunub ki, çoxmənzilli yaşayış və ictimai binaların isidilməsində hər hansı problem yaşanmaması məqsədi ilə İstilik Sistemləri İstismarı Sahəsinin balansında olan qazanxanalarda cari təmir işləri həyata keçirilir. Şəmkir Regional Qaz İstismarı İdarəsi Ağstafa Xidmət Sahəsi tərəfindən istismarı dayandırılmış yararsız qaz xətləri demontaj olunmuş, qaz xəttləri yararsız vəziyyətdə olan küçələrə müxtəlif diametrli polad borularla yeni qaz xətləri çəkilməkdədir. “Təmiz Qaz” MMC tərəfindən qaz sızmalarının qarşısı alınmış, müxtəlif ünvanlarda korroziyaya uğramış qaz xəttləri yerüstü qaz xətti ilə əvəz edilmiş, qaz tənzimləyicilər, siyirtmələr təftiş olunaraq saz vəziyyətə gətirilmişdir. Ağstafa Mənzil Kommunal Təsərrüfatı Birliyi müvafiq tədbirlər planına uyğun olaraq çoxmənzilli yaşayış binalarının tüstü və havalandırıcı şaxtalarında təmizləmə işləri aparmış, kommunal mənzillərdə, ehtiyac olan binalarda təmir işləri həyata keçirmişdir. Ağstafa Sukanal Sahəsinin xidməti ərazisində müxtəlif diametrli poletilen borularda baş vermiş qəzalar həll olunmuş, çirkab suların axıdılması üçün quyular təmizlənmiş, xətlər xüsusi texnikalarla yuyulmuşdur. Ümumilikdə 168,0 km avtomobil yoluna xidmət edən “27 nömrəli Yol İstismarı” MMC tərəfindən yollarda payız-qış mövsümünə hazırlıqla bağlı yollarda təhlükəsiz hərəkətin təmin edilməsi üçün çalalar asfalt betonla təmir edilir, yol çiyinləri avtoqreyderlə plana salınır, maillik dərəcəsi yüksək olan ərazilərdə yol çiyinlərinə qum ehtiyatı tədarük olunur.

Gündəlikdə duran məsələ ətrafında geniş müzakirələr aparılıb, qarşıda duran vəzifələrin həlli yolları müəyyənləşdirilərək adiyyəti üzrə məsul şəxslərə müvafiq tövsiyələr və konkret tapşırıqlar verilib.

Keçidlər