Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa rayonunda ”Sağlam həyat tərzi” mövzusunda marifləndirici tədbir keçirilmişdir

27 may 2025 | 17:56

Ağstafa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, “Ağstafa Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin və Qazax-Tovuz Regional Təhsil İdarəsinin Ağstafa rayonu üzrə Təhsil Sektorunun dəstəyi ilə Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 3.3.7.1-ci yarımbəndinin icrası ilə əlaqədar rayonun ümumtəhsil müəssisələrində maarifləndirici tədbirlər keçirilmişdir.
Tədbirlərdə Ağstafa RİH-in, “Ağstafa Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin və Qazax-Tovuz Regional Təhsil İdarəsinin Ağstafa rayonu üzrə Təhsil Sektorunun əməkdaşları, müəllimlər və məktəb şagirdləri iştirak ediblər.
Sağlam həyat tərzi, zərərli vərdişlərdən qorunmağın yolları, idmanla məşğul olmağın, düzgün qidalanmanın sağlamlığa müsbət təsirləri və s. barədə iştirakçılara ətraflı məlumat verilibdir.
Diskussiya şəraitində davam edən tədbirdə suallar cavablandırılıb, sağlam həyat tərzinin təbliği məqsədi ilə videoçarx nümayiş olunub, iştirakçılara bukletlər, maarifləndirici materiallar təqdim olunmuş, təhsil müəssisələrində şagird və müəllim heyəti üçün sağlam həyat tərzi barədə müxtəlif informativ maarifləndirici resurslar hazırlanıb məktəblərdə yerləşdirilmişdir.

Keçidlər