Ağstafa rayonunda “Su ehtiyatlarından səmərəli istifadənin təmin olunması, alternativ su mənbələrinin yaradılması və həmin mənbələrdən istifadənin genişləndirilməsi” mövzusunda marifləndirici tədbirlər davam etdirilir
Ağstafa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin 9 saylı Qazax-Tovuz Regional Bölməsinin dəstəyi ilə “Su ehtiyatlarından səmərəli istifadənin təmin olunması, alternativ su mənbələrinin yaradılması və həmin mənbələrdən istifadənin genişləndirilməsi” mövzusunda maarifəndirici tədbir keçirilmişdir. Tədbirdə Ağstafa Rayon İcra Hakimiyyətinin və Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin 9 saylı Qazax-Tovuz Regional Bölməsinin əməkdaşları, RİH başçısının inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, kənd təsərrüfatı məhsulları istehsalçıları iştirak etmişdir.
Çıxışlarda bildirilib ki, su ehtiyyatlarından səmərəli istifadə, alternativ su mənbələrinin yaradılması günümüzün aktual məsələlərindən biridir. Ölkəmizdə əhalinin keyfiyyətli içməli su ilə təmin edilməsi istiqamətində mühüm işlər görülməkdədir. Dövlət başçısının rəhbərliyi ilə son illərdə bununla bağlı ciddi layihələr reallaşdırılmışdır. Əhalinin içməli suya olan tələbatının ödənilməsi məsələsi Ağstafa rayonunda diqqətdə saxlanılır. Bununla yanaşı, su ehtiyatlarından səmərəli istifadənin təmin olunması məqsədi ilə şəhər sakinləri ilə mütəmadi olaraq maarifləndirici söhbətlər aparılır.
Tədbirin sonunda alternativ su mənbələrinin yaradılmasının vacibliyi vurğulanıb, bununla bağlı bir sıra təkliflər səsləndirilib.






