Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa rayonunda “Sülh Aylığı” çərçivəsində 21 Sentyabr – Beynəlxalq Sülh Günü ilə əlaqədar tədbir keçirilmişdir

22 sentyabr 2026 | 17:38

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən cari ilin 21 avqust – 21 sentyabr tarixləri ölkədə “Sülh Aylığı” elan edilməsi ilə əlaqədar olaraq 21 Sentyabr – Beynəlxalq Sülh Günü münasibətilə Ağstafa Rayon İcra Hakimiyyətinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz-Qazax Regional İdarəsinin və Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin Ağstafa rayonu üzrə Gənclər və İdman Sektorunun təşkilatçılığı ilə tədbir keçirilmişdir. Tədbirdə Ağstafa Rayon İcra Hakimiyyətinin, idarə, müəssisə və təşkilatların əməkdaşları, rayon ziyalıları və məktəblilər iştirak edib. Tədbiri Ağstafa Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Şahhüseyin Qurbanov açaraq qeyd etdi ki, tədbirin keçirilməsində məqsəd sülhün və insan hüquqlarının qarşılıqlı əlaqəsi barədə ictimai məlumatlılığın artırılması, cəmiyyətdə qarşılıqlı hörmət və etimad mühitinin gücləndirilməsi, dialoq və anlaşma imkanlarının genişləndirilməsi, habelə dövlət qurumlarının, yerli özünüidarəetmə orqanlarının, vətəndaş cəmiyyəti institutlarının və geniş ictimaiyyətin bu istiqamətdə həyata keçirilən fəaliyyətlərdə iştirakının təşviq edilməsidir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qazax-Tovuz Regional İdarəsinin müdiri Qüdrət Əliyev qeyd etdi ki, 2026-cı ildə də beynəlxalq sülh təşəbbüslərində fəal iştirakını, qlobal sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə yönəlmiş səylərini ardıcıl şəkildə davam etdirən respublikamız Sülh Şurasına təsisçi üzv dövlət kimi qoşulub, Prezident İlham Əliyev 22 yanvar 2026-cı ildə Davosda keçirilmiş mərasimdə Şuranın Nizamnaməsini imzalayıb. Bu beynəlxalq təşkilatda iştirak, Azərbaycanın regional və qlobal səviyyədə sülh və sabitliyin təşviqinə verdiyi töhfənin mühüm təzahürlərindən biridir. Tədbirdə iştirak edən digər məruzəçilər də öz növbələrində qeyd etdilər ki, müasir dövrdə sülh mədəniyyətinin cəmiyyətin bütün təbəqələrində, xüsusilə uşaqlar və gənclər arasında aşılanması, insan hüquqları və bərabərlik dəyərlərinə hörmətin artırılması, tolerantlığın, müxtəlifliyə hörmətin və dialoq mədəniyyətinin inkişaf etdirilməsi, habelə ayrı-seçkilik, ksenofobiya, nifrət nitqi, zorakılıq və dözümsüzlüyün bütün formalarının qarşısının alınması da xüsusi aktuallıq daşıyır. Bu istiqamətdə ardıcıl və məqsədyönlü fəaliyyət qarşılıqlı etimad və dinc birgəyaşayış mühitinin daha da güclənməsinə xidmət edir.#SülhAylığı #PeaceMonth 

Keçidlər