Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa rayonunun tibb işçiləri ilə görüş keçirilib, səhiyyə müəssisələrindəki mövcud şərait, əhaliyə göstərilən tibbi xidmətin səviyyəsi müzakirə edilib

03 may 2024 | 17:31

Ağstafa Rayon Mərkəzi Xəstəxanasının iclas zalında keçirilən görüşdə RİH başçısı Seymur Orucov, müavinləri, “Ağstafa Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru Səyyad Yusifov və rayonun səhiyyə müəssisələrində çalışan məsul əməkdaşlar iştirak ediblər. Seymur Orucov çıxış edərək qeyd edib ki, xalqına böyük məhəbbətlə, sədaqətlə xidmət edən, insanların sağlamlığını prioritet məsələ kimi daim diqqət mərkəzində saxlayan Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi sosial siyasətin başlıca istiqamətlərindən birini təşkil edən səhiyyə sistemi, Prezident İlham Əliyevin rəhbərliyi ilə günü-gündən inkişaf edir, müasirləşir. Respublikanın hər yerində, o cümlədən Ağstafa rayonunun ən ucqar yaşayış məntəqələrində mövcud tibb müəssisələri müasir avadanlıqlarla təchiz edilir, yeni tibb ocaqları inşa olunur,  tibb işçilərinin təkmilləşməsinə, onların sosial qayğılarına xüsusi diqqət yetirilir, aztəminatlı və ağır xəstəliklərdən əziyyət çəkən insanlar pulsuz dərmanlarla təmin olunur. Bütün bunlar Azərbaycan dövlətinin əhalinin səhhətinin qorunmasına, gələcək nəsillərin sağlamlığına göstərdiyi qayğının parlaq təzahürüdür. Görüşdə rayon səhiyyəsinin fəaliyyətinə dair aparılan müzakirələrdə, bu sahədə çalışan əməkdaşların müraciət və təklifləri qəbul olunub, rəyləri dinlənilib. Onlar həmçinin ölkə səhiyyəsinə göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

Keçidlər