Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa rayonunun ümumtəhsil məktəblərində “İnsan hüquqları və ayrıseçkilik” mövzusunda maarifləndirici tədbirlər davam etdirilir

26 noyabr 2025 | 17:51
2025-ci il ölkəmizdə "Konstitusiya və Suverenlik İli" ilə əlaqədar Ağstafa Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq rayonun ümumtəhsil tam orta məktəblərinin şagirdləri üçün “İnsan hüquqları və ayrıseçkilik” mövzusunda maarifləndirici tədbirlər davam etdirilir.
Rayon Polis Şöbəsinin, Ağstafa rayonu üzrə Təhsil, Gənclər və İdman sektorlarının birgə təşkilatçılığı ilə Ağstafa şəhər Texniki-Humanitar təmayüllü liseydə keçirilən növbəti tədbirdən əvvəl Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçən qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Ağstafa RİH başçısı aparatının məsul əməkdaşı Cəlal Nəsibov, Ağstafa rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Turan Hüseynov, rayon Polis Şöbəsinin Kadr və Peşə hazırlığı üzrə baş inspektoru Nurlan Niyazlı, Ağstafa şəhər Texniki-Humanitar təmayüllü liseyin direktoru Pərvanə Cabbarova mövzuya dair geniş məruzələrlə çıxış edib, dövlətin ali məqsədi olan insan hüquq və azadlıqlarının təmin edilməsindən bəhs ediblər. Diqqətə çatdırılıb ki, dövlətimiz hər kəsin hüquq və azadlıqlarının müdafiəsinə təminat verir.
Keçidlər