Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa rayonununda müharibə iştirakçıları və qazilərimizlə növbətri görüş keçirilib.

27 avqust 2022 | 18:42

Görüşdə Ağstafa RİH yanında İctimai Şuranın sədr müavini Teymur Əliyev, şura üzvü Mirzahid Hacıyev, RİH-in məsul əməkdaşı Vüqar Həsənov, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin məsul əməkdaşı Natiq Mehdiyev, Yaşat Fondunun Ağstafa rayon nümayəndəsi Namiq İbrahimov iştirak ediblər.

Çıxış edənlər Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə  44 günlük Vətən müharibəsində qazandığımız tarixi Qələbədən söz açaraq bildiriblər ki, bu Zəfər dövlətimizin uğurlu daxili və xarici siyasətinin, Ordumuzun yüksək iradəsi, əzəməti, inamı sayəsində əldə olunub. Teymur Əliyev Şanlı Qələbəmizdən dərhal sonra düşmən tapdağından azad olunmuş torpaqlarımızda balşanılan nəhəng bərpa tədbirləri ilə yanaşı şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına dövlətimiz tərəfindən göstərilən hərtərəfli qayğıdan bəhs edib.

Görüşdə iştirak edən qazilər və müharibə iştirakçıları Vətənimizin azadlığı, suverenliyi uğrunda keçdikləri şərəfli döyüş yolundan, savaş meydanında göstərdikləri sücayətdən söz açıblar.

Yekunda onların təklif və müraciətləri qəbul olunaraq nəzarətə götürülüb.

Qeyd edək ki, bu istiqamətdə görüşlər  "Biz Sizinləyik" layihəsi çərçivəsində davamlı olaraq təşkil olunacaqdır.

Keçidlər