Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa RİH başçısı aparatında dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsini həyata keçirən şəxslər üçün təlim keçirilib

14 aprel 2023 | 09:37

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”nın təsdiq edilməsi haqqında” 23 noyabr 2018-ci il tarixli, 739 nömrəli Sərəncamının 8.9.3-cü “Dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsini həyata keçirən şəxslər üçün təlimlər keçirilməsi” bəndinin icrası ilə əlaqədar Ağstafa Rayon İcra Hakimiyyəti tərəfindən “Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi qaydası” mövzusunda təlim keçirilib. Təlimdə RİH başçısı aparatının məsul şəxsləri və inzibati ərazi dairələri üzrə nümayəndələr iştirak ediblər.

Təlim zamanı iştirakçılara Azərbaycanda dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinin “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi Qaydası”na əsasən aparıldığı, həmçinin, dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin beynəlxalq təcrübəsi, qiymətləndirmənin məqsədi, qiymətləndirilməyə hazırlıq, qiymətləndirilmə dövrü, qiymətləndirilmənin nəticəsinə əsasən tətbiq edilən tədbirlər, dövlət qulluqçularının fəaliyyətinin təkmilləşdirilməsində rotasiyanın rolu barədə məlumat verilmişdir.

Təlimin sonunda interaktiv qaydada iştirakçıların sualları cavablandırılmış və təlimin il ərzində rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlarda keçirilməsinin nəzərdə tutulduğu qeyd olunub.

Keçidlər