Ağstafa RİH başçısı aparatında miqrasiya qanunvericiliyi sahəsində maarifləndirici tədbir keçirilib, miqrasiya məsələlərinə dair səyyar xidmət göstərilib
18 dekabr – Beynəlxalq Miqrantlar Günü ilə əlaqədar “Azərbaycan Respublikasında əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin hüquq və vəzifələri; Qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri” mövzusunda miqrasiya qanunvericiliyi sahəsində maarifləndirici tədbir keçirilib, həmçinin miqrasiya məsələləri ilə bağlı müraciət edən şəxslərə səyyar xidmət göstərilib.
Tədbirdə Ağstafa RİH başçısının müavini-Sosial–iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri İlqar Hacıyev, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Gəncə Regional Miqrasiya İdarəsinin rəisi, miqrasiya xidməti müşaviri Orxan Xıdırov, aidiyyəti üzrə məsul şəxslər, səyyar xidmətlə bağlı müraciət edən şəxslər iştirak ediblər.
İdarə rəisi Orxan Xıdırov - “Azərbaycan Respublikasında əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin hüquq və vəzifələri”, İdarənin Miqrasiya rejiminə nəzarət bölməsinin rəisi Omar Omarov - “Miqrasiya qanunvericiliyinin tələblərinin pozulmasına görə nəzərdə tutulmuş inzibati məsuliyyətlər və qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri”, Vətəndaşların qəbulu və müraciətlərinə baxılması şöbəsinin baş inspektoru Xanlar Əsgərov – “Dövlət Miqrasiya Xidməti tərəfindən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə bağlı göstərilən xidmətlər, miqrasiya qanunvericiliyində baş vermiş dəyişikliklər” mövzularında məruzələrlə çıxış ediblər.
Səyyar xidmət çərçivəsində miqrasiya məsələləri ilə bağlı müraciət edən şəxslər qəbul olunub, olduğu yer üzrə qeydiyyat, iş icazəsi, müvəqqəti və daimi yaşamaq üçün icazənin verilməsi, göstərilən elektron və digər xidmətlərlə bağlı məsələlərə dair qanunamüvafiq izahatlar verilib.