Ağstafa RİH başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri, yaş həddi ilə əlaqədar təqaüdə çıxan Yasin Əfəndiyevin uzun müddət dövlət qulluğu sahəsində səmərəli fəaliyyəti yüksək qiymətləndirilib.

Bu münasibətlə keçirilən tədbirdə Seymur Orucov Yasin Əfəndiyevi uzun müddət dövlət qulluğunda qüsursuz xidmətlərinə görə Ağstafa Rayon İcra Hakimiyyətinin “Fəxri Fərman”ı ilə təltif edərək bildirib ki, o, müstəqilliyin ilk dövrlərindən Ağstafada məsul vəzifələrdə rayonun inkişafına öz biliyi, bacarığı və sədaqətli xidmətləri ilə töhfə verib. Başçının müavinləri və RİH-in digər əməkdaşları da çıxış edərək Y.Əfəndiyevi dövlət qulluğundan təqaüdə çıxması münasibəti ilə təbirk edərək xidmətlərinə görə minnətdarlıqlarını ifadə ediblər.
Öz növbəsində Yasin Əfəndiyev bildirib ki, bundan sonra da hər zaman dövlətimizin başçısı İlham Əliyevin siyasi kursunu rəhbər tutaraq Ağstafa rayonunun ictimai-siyasi və mədəni həyatının inkişafında əlindən gələni əsirgəməyəcəkdir.