Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa RİH başçısı Poylu qəsəbəsində vətəndaşların növbəti səyyar qəbulunu keçirib

06 noyabr 2023 | 19:19
Poylu qəsəbə kənd tam orta məktəb binasının iclas zalında Seymur Orucovun başçılığı ilə keçirilən qəbulda rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH-in və aidiyyəti üzrə təşkilatların məsul şəxsləri, eləcə də qəsəbə sakinləri iştirak ediblər. RİH başçısı Poylu qəsəbə sakinlərini qarşıdan gələn 8 Noyabr Zəfər Günü münasibəti ilə təbrik edərək bildirib ki, qürurunu yaşadığımız tarixi Zəfər bayramı və ərazi bütovlüyünü təmin etmiş qüdrətli Azərbaycan Ümummilli Lider Heydər Əliyev irsinin təntənəsidir. Bu gün Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın əldə etdiyi qələbələr, nailiyyətlər, uğurlar məhz Ulu Öndər dühasının bəhrələridir. Həmçinin diqqətə çatdırılıb ki, ölkə rəhbərliyinin konkret tapşırığına uyğun olaraq yerlərdə keçirilən bu cür səyyar qəbulların başlıca məqsədi vətəndaş məmnunluğunu artırmaq, əhalini narahat edən məsələləri dərindən araşdıraraq kompleks həllinə nail olmaqdan ibarətdir. Səyyar qəbulda vətəndaşların müxtəlif məzmunlu müraciət və təklifləri qeydiyyata alınaraq nəzarətə götürülüb. Aidiyyəti üzrə məsul şəxslərə müvafiq tapşırıq və tövsiyələr verilib.
Keçidlər