Ağstafa RİH başçısı Qıraq Kəsəməndə vətəndaşları dinləyib
Seymur Orucovun müvafiq qrafikə uyğun olaraq Qıraq Kəsəmən kənd tam orta məktəbinində keçirdiyi vətəndaşların növbəti səyyar qəbulunda RİH başçısı aparatının məsul şəxsləri, aidiyyəti təşkilatların nümayəndələri və kənd sakinləri iştirak ediblər.
RİH başçısı diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq Respublikamızın hər yerində, o cümlədən Ağstafa rayonunun yaşayış məntəqələrində əhali ilə keçirilən bu cür görüşlərin, təşkil olunan səyyar qəbulların əsasında vətəndaş məmnunluğunun təmin olunması dayanır. Belə ki, başlıca məqsəd yerlərdə narahatlıq doğuran məsələləri əhali ilə ətraflı müzakirə edərək daha dərindən araşdırmaq, nəticədə həlli vacib məsələlərin və mövcud çatışmazlıqların operativ həllinə nail olmaqdan ibarətdir. Həmçinin hər kəs yaşadığı ünvanı tərk etmədən rahat qaydada mobil cihazları vasitəsi ilə “Rəqəmsal İcra Hakimiyyəti” (https://rih.gov.az) portalına daxil olmaqla istənilən məzmunlu müraciətlərini də aidiyyəti üzrə göndərə bilər.
Səyyar qəbulda sakinlər tərəfindən səsləndirilən məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun həll edilməsi, eyni zamanda yerli icra hakimiyyətlərinin səlahiyyətinə aid olmayan müraciətlərin aidiyyəti qurumlara çatdırılması istiqamətində məsul şəxslərə nəzarət qaydasında müvafiq tapşırıqlar verilib.






