Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa RİH başçısı rayonun ucqar yaşayış məntəqələrindən olan Köhnəqışlaq kəndində vətəndaşların növbəti səyyar qəbulunu keçirib

07 dekabr 2023 | 17:28

Müvafiq qrafikə uyğun olaraq Köhnəqışlaq kənd tam orta məktəb binasının iclas zalında Seymur Orucovun rəhbərliyi ilə keçən səyyar qəbulda RİH başçısı aparatının məsul şəxsləri, aidiyyəti üzrə müəssisə, idarə və təşkilatların nümayəndələri, kənd sakinləri iştirak ediblər.

Səyyar qəbulda müasir müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu ümummilli lider Heydər Əliyevin və Vətən uğrunda canını fəda edən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

RİH başçısı ölkəmizin dinamik sosial-iqtisadi inkişafından, hərbi qüdrətindən, uğurlu daxili və xarici siyasətindən söz açaraq bildirib ki, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş xarici siyasət strategiyasını layiqincə davam etdirən Prezident İlham Əliyevin uğurlu diplomatik fəaliyyətinin nəticəsidir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi sərhədlərimizin toxunulmazlığı əsasında öz həllini tapdı, ölkəmizin mövqeyi nüfuzlu beynəlxalq təşkilatlar və dünya birliyi tərəfindən qəbul edildi. Bu gün regiondakı hər hansı bir strateji əhəmiyyətli layihə Azərbaycanın rəyi olmadan gerçəkləşə bilməz. 

Səyyar qəbulda vətəndaşlar müxtəlif məzmunlu müraciət və təkliflər irəli sürüb, onları maraqlandıran məsələləri diqqətə çatdırıblar. Hər bir məsələnin həlli ilə bağlı ətraflı müzakirələr aparılıb, aidiyyəti üzrə məsul şəxslərə müvafiq tapşırıqlar verilib.  

Keçidlər