Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa RİH başçısı Seymur Orucov Böyük Kəsik kənd yaşayış məntəqəsində vətəndaşların növbəti səyyar qəbulunu keçirib

02 fevral 2023 | 17:29

Müvafiq qrafikə uyğun olaraq Böyük Kəsik kənd tam orta məktəbin akt zalında keçirilən səyyar qəbulda RİH başçısı aparatının məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, aidiyyəti təşkilatların nümayəndələri və kənd sakinləri iştirak ediblər.

Qəbulda giriş nitqi söyləyən Seymur Orucov qeyd edib ki, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xəttin Prezident İlham Əliyev tərəfindən daxildə və xaricdə uğurla reallaşdırılmasının nəticəsidir ki, beynəlxalq arenada nüfuz sahibi olan Azərbaycan regionda lider dövlətə çevrilmişdir. O cümlədən 44 günlük Vətən müharibəsində tarixi Qələbəmizdən və işğaldan azad olunan ərazilərə uğurla davam edən Böyük Qayıdışdan, eləcə də orada həyata keçirilən nəhəng abadlıq-quruculuq işlərindən geniş bəhs olunub.

Səyyar qəbulda vətəndaşların təklif və müraciətləri qəbul olunub, səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı müvafiq tədbirlər müəyyənləşdirilib.

Keçidlər