Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa RİH başçısı Seymur Orucov Həsənsu kəndində vətəndaşların növbəti səyyar qəbulunu keçirib

13 oktyabr 2022 | 17:40

Müvafiq qrafikə uyğun olaraq Həsənsu kənd tam orta mətkəbin akt zalında keçirilən səyyar qəbulda RİH başçısı aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının və aidiyyəti təşkilatlarının məsul şəxsləri, eləcə də kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Qəbulda təklif və müraciətlə çıxış edən hər bir vətəndaşın qaldırdığı məsələyə dair qanunanamüvafiq qaydada qeydiyyata alınaraq nəzarətə götürülüb. Məsələlər ətrafında aidiyyəti üzrə məsul şəxslərin arayışları dinlənilib, operativ qaydada həlli istiqamətində müvafiq tədbirlər müəyyən edilib.  

Keçidlər