Ağstafa RİH başçısı Seymur Orucov növbəti səyyar vətəndaş qəbulunu Zəlimxan kənd yaşayış məntəqəsində keçirib
Zəlimxan kənd tam orta məktəbin həyətində təşkil olunan vətəndaşların səyyar qəbulunda başçının müavinləri və aparatının şöbə müdirləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, aidiyyəti təşkilatların nümayəndələri, kənd sakinləri iştirak ediblər.
Qəbuldan öncə Azərbaycan Ordusunun qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazılmış Tovuz döyüşlərinin üçüncü ildönümü ilə əlaqədar Vətən uğrunda canından keçən bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
RİH başçısı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun qazandığı şanlı Zəfərdən, işğaldan azad olunmuş ərazilərimizə Böyük Qayıdış proqramının icrasından, ölkəmizin hərbi qüdrətindən, şəhid ailələlərinin üzvlərinə, qazilərə, müharibə iştirakçılarına göstərilən yüksək dövlət qayğısından söz açaraq qeyd edib ki, bu gün ölkəmizdə sabitlik və dayanıqlı inkişaf hökm sürür, dünyada baş verən gərginliklər, qlobal maliyyə və iqtisadi böhranlar fonunda müsbət sosial-iqtisadi göstəricilər əldə olunur.
Səyyar qəbulda vətəndaşların səsləndirdikləri müxtəlif məzmunlu məsələlər qeydiyyata alınaraq nəzarətə götürülüb, həlli ilə bağlı müvafiq tədbirlər müəyyən edilib.